Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda ölüm səbəblərinin əsasını bu xəstəlik təşkil edir - Həkim

Dünyada, eləcə də Azərbaycanda ölüm səbəblərinin əsasını ürək-damar xəstəlikləri təşkil edir.

Bunu invaziv kardioloq Fərid Əliyev deyib:

“Qeydə alınan ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəliklərinin payına düşür. Hesablamalar 2050-ci ilə qədər ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin birinci yerdə qərar tutacağını, daha sonra isə onkoloji xəstəliklərin önə keçəcəyini proqnozlaşdırır”.

Onun sözlərinə görə, ürək çatışmazlığından əziyyət çəkən xəstələrin koronavirusa yoluxma riski yüksəkdir. Kardioloq deyib ki, ürək-damar xəstələri yoluxduqları zaman xəstəliyi daha ağır keçirirlər.

“Ürəyində protez qapaq olanlar, ağır ürək çatışmazlığından və anadangəlmə ürək qüsurlarından əziyyət çəkənlərdə koronavirusun gedişi daha ağırdır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də