“Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətimizin Sankt-Peterburq şəhərinə səfəri və Üçüncü Avrasiya Qadınlar Forumunda iştirakı kifayət qədər uğurlu oldu”.
Bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Avrasiya Qadınlar Forumu müxtəlif məsələlərin, dünyanı düşündürən problemlərin müzakirəsində və həlli yollarının axtarıb tapılmasında qadınların iştirakını təmin etmək baxımından mühüm beynəlxalq platformadır:
“Forumun açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin çıxış edərək, qadınların cəmiyyətlərin inkişafında artan rolu, dünyada qadın hüquqlarının qorunması və s. məsələlərlə bağlı fikirlərini geniş şəkildə ifadə etdi.
Milli Məclisin sədri Sahibə Qafarova forumda əhatəli çıxış edərək bildirdi ki, qadınların bərabərliyi, ədaləti və tərəqqini təşviq etmək səyləri öz bəhrəsini verir və bu gün dünyanın bir çox ölkələrində qadınlar gələcəyə daha böyük inamla baxırlar. Parlamentimizin spikeri Azərbaycanda dövlət qadın siyasətinin uğurları haqqında da ətraflı məlumat verdi. Səfər çərçivəsində spiker Sahibə Qafarova həmçinin, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə, BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə faydalı görüşlər keçirdi”.
Fatma Yıldırımın sözlərinə görə, forumda o, “Qadınların sülh diplomatiyasının və etimadın inkişafındakı missiyası” mövzusunda çıxış edib:
“Çıxışımda vurğuladım ki, bu gün qadınlar qlobal problemlərin qarşısının alınması, o cümlədən COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması, eləcə də bütün dünyada sülh, təhlükəsizlik və davamlı inkişaf uğrunda mübarizədə beynəlxalq səylərə əhəmiyyətli töhfə verirlər. Onu da nəzərinizə çatdırım ki, forumun ikinci plenar iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan tədbirin kontekstindən kənarlaşaraq, ölkəmizə qarşı əsassız və böhtan dolu ittihamlar səsləndirdi. Azərbaycan nümayəndə heyətinin üzvü kimi mən Anna Akopyanın ittihamlarına cavab verdim, bu ittihamları rədd edərək forum iştirakçılarını əsl həqiqətlər barədə, Ermənistanın 30 ilə yaxın sürən işğalçılıq siyasətinin ağır nəticələri haqqında məlumatlandırdım. Anna Akopyanın yalanlarını ifşa etmək bir azərbaycanlı kimi mənim borcum idi”.
Deputat vurğulayıb ki, müharibə zamanı qadınlarımız Ermənistanın alçaq hücumlarına qarşı mərd dayanıb:
“Keçən ilin bu günlərində cəbhə xəttindən uzaqda yerləşən Azərbaycan şəhərləri də Ermənistanın raket zərbələrinə məruz qalıb, bu, çoxlu sayda insan tələfatına yol açıb. Deputatı olduğum Bərdə şəhəri və Bərdə rayonu da qadağan olunmuş “Smerç” raketlərindən atəşə tutulub, sadə insanlar həyatını itirib. Onların arasında çoxlu sayda qadın və uşaq da vardı. Ancaq bu alçaq hücum Bərdə qadınlarının iradəsini sındıra bilməyib, kişilərlə birgə bu ərazini tərk etməkdən imtina ediblər. Bütün bunları çıxışımda qeyd etdim.
Forumda Azərbaycanı təmsil edən digər qadın millət vəkilləri də müxtəlif mövzularla bağlı çıxışlar etdilər. Deputatlarımız çıxışlarında Azərbaycanda qadın siyasəti sahəsində görülən işlər, gender bərabərliyi, qadınların cəmiyyətdə rolu, dövlət idarəçiliyində iştirakı, onların siyasi həyatda təmsilçiliyi və digər məsələlər barədə fikirlərini bölüşüb, müzakirə olunan mövzulara dair öz mövqelərini bildirdilər.
Bütövlükdə, forumda müxtəlif mövzularla bağlı geniş müzakirələr aparıldı və dünya qadınları beynəlxalq müstəvidə baş verən problemlərlə bağlı dəyərli fikir və təkliflərini ifadə etdilər. Hesab edirəm ki, nümayəndə heyəti olaraq biz bu mötəbər beynəlxalq tədbirdə Azərbaycanı layiqincə təmsil edə bildik”.