Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə dərc olunan Gəncə şəhər sakini Murad Məmmədovun baş vermiş yol nəqliyyat hadisəsinin araşdırılmaması ilə bağlı iddiaları həqiqə uyğun deyil.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
E.Qasımov deyib ki, sentyabr ayının 28-də Gəncə şəhər Nizami küçəsində şəhər sakini Nurəddin İbrahimovun idarə etdiyi “Damler Chrysler” markalı xüsusi təyinatlı evakuator avtomobili ilə digər şəhər sakini Murad Məmmədovun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil toqquşub. Hadisədən dərhal sonra Murad Məmmədov DİN-in “102 zəng Mərkəzi” Xidmətinə zəng edərək, həm hadisə barəsində, həm də avtomobilində olan həyat yoldaşının xəsarət alması barədə məlumat verib. Məlumatla əlaqədar olaraq Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə gələrək, araşdırmalar aparıb, müvafiq avto-ekspertiza təyin edilib”.
DİN rəsmisinin sözlərinə görə, həkim müayinəsi zamanı hadisə iştirakçılarının bədən xasərətinin olmaması müəyyən edilib:
“Sonradan Murad Məmmədov izahatında yoldaşının xəsarət alması barədə əsəbi olduğundan yalan məlumat verdiyini bildirib.
Müraciətdə polis əməkdaşının vətəndaşların yerinə izahat alınmasına gəldikdə isə qeyd etməliyəm ki, hər bir hadisə iştirakçısı izahatlarını öz əlyazmaları ilə yazaraq, imzaları ilə təsdiq ediblər. Hadisəyə hüquqi qiymət isə avto-ekspertizanın rəyindən sonra veriləcək”.