Əməkhaqları, pensiyalar və təqaüdlər artırılır - SƏRƏNCAM
Nazirlər Kabinetinə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlaması tapşırılıb.
Bu, Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncamında əksini tapıb.
Nazirlər Kabineti təklifləri Azərbaycan Prezidentinə təqdim edəcək.