Bu gün 16 oktyabr tarixində Bərdə rayonunda fəxarət yerimiz olan nur üzlü şəhidlərimiz Bəhram İlyasov, Murad Musayev, Bəxtiyar Rəhimli və Elşən Məmmədovun anım günüdür.
Bu məqsədlə Kəlbəcər rayonu üzrə millət vəkili Aqil Məmmədov, RİH-nin məsul əməkdaşları və rayon sakinlərinin iştirakı ilə Vətən müharibəsi zamanı şəhid olan əslən Kəlbəcər rayonundan olan İlyasov Bəhrəm Nizam oğlu, Musayev Murad Polad oğlu, Məmmədov Elşən Dağıstan oğlunun və Rəhimli Bəxtiyar Nəsimi oğlunun Bərdə və Tərtər rayonlarında məzarları ziyarət olunmuş, gül dəstələri düzülərək əziz xatirələri ehtiramla yad edilmişdir.
Millət vəkili Aqil Məmmədov çıxış edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin şərəfli döyüş yolundan danışıb. Vurğulayıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi heç bir zaman unudulmayacaq. Şəhidlərimizin doğulduqları torpaqlarda adlarının əbədiləşdirilməsi məqsədilə müəyyən komisiyanın yaradılacağı və lazımi işlərin görüləcəyi haqqında da ictimaiyyəti məlumatlandırdı.
Sonra şəhid ailələri ilə görüş keçirilib. Şəhid ailələri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını dilə gətirib, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Azərbaycan silahlı qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, əslən Kəlbəcərli Bəhrəm İlyasov 4 oktyabrda Suqovuşan və Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 13-də Bərdə rayon Nəcəfqulu kəndi Küyəlli qəbiristanlığında dəfn edilib.
Digər igidimiz Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Murad Musayev 2020-ci il oktyabrın 16-da Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Bərdə rayonunun İmirli kənd qəbiristanlığında dəfn olunub.
Əsgər Rəhimli Bəxtiyar 07 oktyabrda Xocavəndin və Fizulinin azad olunması uğrunda gedən döyüşlərdə savaşaraq şəhid olub. Tərtər rayonununda dəfn olunub.
1996-cı il təvəllüdlü Azərbaycan silahlı qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu əslən Kəlbəcərli Məmmədov Elşən 20 oktyabr 2020-ci ildə şəhid olan Suqovuşanın və Talışın azad olunmağı uğrunda mübarizədə şəhid olub. Bərdə rayonunun Qazaxlar kənd qəbiristanlığında dəfn olunub.
Hər dörd şəhidimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra medallarla təltif olunublar.

Allah şəhidlərimizə rəhmət eləsin!