Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məmmədəli Novruzov vəfat edib.
BDU-nun Mətbuat xidmətindən verilən məlumata görə, 65 yaşında dünyasını dəyişən M.Novruzov 1973-1978-ci illərdə bu universitetin Filologiya fakültəsində təhsil alıb.
1981-1984-cü illərdə universitetdə aspirant olub.
1985-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.
Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat işi aparıb. 70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifi olub.
Qeyd edək ki, Məmmədəli Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır.
Allah rəhmət eləsin!