Bakı Nəqliyyat Agentliyi tərəfindən “Ukrayna” dairəsində yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə layihə hazırlanıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, ilk dəfə tətbiq ediləcək Turbo tipli dairəvi hərəkət sxeminə uyğun olaraq, zolaqlar üzrə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək:
“Çoxsaylı vətəndaş müraciətləri və mövcud problemləri nəzərə alınaraq, hazırlanan layihə çərçivəsində mövcud dairənin yerində yeni turbo tipli dairənin inşa edilməsi planlaşdırılır ki, bu nizamlanmayan mürəkkəb yol kəsişmələri üçün yeni bir yanaşma, eyni zamanda müasir həll yolu hesab edilir”.
Onun sözlərinə görə, layihənin icrasından sonra mübahisəli nöqtələr minimuma endiriləcəyindən təhlükəsizlik təmin olunacaq:
“Eyni zamanda, dairənin hərəkət buraxma qabiliyyəti artırılacaq, hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq, piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək”.