Türk xanımın adı dünyanın ən güclü qadınları siyahısında...
İşguzar jurnal “Fortune” hər il dünyanın ən güclü qadınları siyahısını təqdim edir.
Hepsiburadanın qurucusu və İdarə Heyətinin sədri Hanzadə Doğan Türkiyədən bu siyahıya salınan yeganə qadındır. İş dünyasında öz uğurlu hekayələri ilə fərq yaradan lider qadınların adları “Fortune” tərəfindən ABŞ və Beynəlxalq olmaqla iki ayrı kateqoriyada nəşr olunur.
1998-ci ildən çap olunan dərgidə dünyanın ən güclü iş qadınlarının siyahısı açıqlanır. Bildirilir ki, Türkiyədən isə Hanzadə Doğanın iş həyatındakı uğrularına görə siyahıya əlavə edilməsi ölkəsində yaşayan qadınlar üçün də stimul verəcək.
“Fortune”də Hanzade Doğanın rəhbərliyi və vizyonu altında Hepsiburadanın son 4 ildə 19 min sahibkarı dəstəkləyən bir proqram yaratdığı bildirilir.