Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gömrük Komitəsindən iranlı sürücülərlə bağlı TƏKZİB

Bu gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanları tərəfindən saxlanılan İran İslam Respublikasının vətəndaşları olan sürücülərin öz ölkələrinə qaytarılmaları barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
 
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən  verilən açıqlamada məlumat təkzib olunub.
 
 
Bildirilib ki, İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarın Ermənistandan Azərbaycan Respublikası Xankəndi şəhərinə sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdikləri müəyyən edilib.
 
Fakta görə 16 sentyabr 2021-ci ildə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 318.2-ci maddələri ilə başlanılıb və istintaqı aparılır.
 
Onların öz ölkələrinə qaytarılmaları ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də