Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçərkən saxlanılan iki iranlı sürücü azad edilib.
Bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.
Xatırladaq ki, onlar bir neçə həftə əvvəl Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdılar.