Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baş infeksionist: Mövsümi qrip artıb, diqqətli olun!

“Uşaqlar arasında təsadüf olunan xəstəlik halları əvvəlki illərlə müqayisədə demək olar ki, fərqlənmir. Bu xəstəliklərin mövsümü artımı hərilki kimi təkrarlanır. Sadəcə uzun müddətdən sonra məktəblərin açılması və təmasın çoxalması insanlar arasında təşviş yaradıb”.
 
Bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov  hazırda mövsümi qriplə bağlı epidemioloji vəziyyətdən danışarkən bildirib.
 
T.Eyvazovun sözlərinə görə, kəskin respirator virus infeksiyaların əlamətləri koronavirusa bənzədiyi üçün hər kəs diqqətli olmalıdır:
 
“Bildiyimiz kimi, payız mövsümü gəldikdə ənənəvi olaraq qrip və digər respirator virus infeksiyalarında artımlar müşahidə olunur. Bu hər il təkrarlanır və təbii ki, bu il də istisna deyil. Bu ilin fərqli cəhəti ondan ibarətdir ki, uzun fasilədən sonra məktəblər açılıb və uşaqlar arasında təmasların sayı xeyli artıb”.
 
Baş infksionist qeyd edib ki, kəskin respirator virus infeksiyalarının ilkin əlamətləri elə koronavirusa bənzədiyi üçün valideynlər xüsusi ilə diqqətli olmalıdırlar:
 
“Çünki əgər uşaq xəstədirsə, məktəbə getməsinə icazə verilməməlidir. Bununla yanaşı, valideyn gün ərzində uşaqda boğaz, baş ağrısı, burun tutulması, hərarətin qalxması kimi hallar olub-olmadığını nəzarətdə saxlamalıdır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də