
Bunu RegionTV.info-ya açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib. Aktrisa bildirib ki, səfərə çıxmağa ona səhhəti imkan vermir:
"Mənə olmaz, hələ icazə vermirlər. Ümid edirəm ki, yaxın vaxtlarda mən də Qarabağ torpaqlarında olaram”.
Aktrisa yaradıcılıq planlarından da söz açıb:
"Artıq teatr açılıb. Yeni tamaşaların, hansı əsərlərin səhnələşdirilməsi ilə bağlı müzakirələr də aparılıb. 3-4 əsər var ki, onları tamaşaya qoymaq istəyirəm. Həmin tamaşalara quruluş veriləcək, amma tezliklə yox”.