Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rüfətin rayonda sevgi macərası: məktəbli qızı qaçırdı, təcavüz etdi

Gədəbəy rayonunda 1995-ci il təvəllüdlü Rüfət Vəliyev yetkinlik yaşına çatmayan Könül (ad və soyadlar şərti verilib - red.) ilə cinsi əlaqədə olub.
Rüfət 2007-ci il təvəllüdlü Könül ilə 21 fevral 2021-ci ildə gecə saat 03 radələrində Gədəbəy rayonu, Qaradağ kəndində idarə etdiyi avtomobildə onun öz razılığı əsasında təbii və qeyri-təbii yolla cinsi əlaqəyə girib, ona qarşı seksual xarakterli hərəkətlər edib.

RegionTV.info bildirir ki, istintaq orqanı tərəfindən Rüfətin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

"Məndən uzaqlaşdırmaq üçün Bakıya göndərdilər"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Könül onun oxuduğu məktəbdə oxuyub: "Könülü məktəbdə görüb bəyənmişəm. Könül həm də dayım qızı Nurayın qonşusudur. Nuraya Könül ilə məni danışdırmasını xahiş etsəm də o, buna qarışmaq istəmədiyini bildirdi. Könül ilə danışa bilmək üçün ona içərisində sim nömrə olan mobil telefon verdim. Könül ilə bir il danışdıqdan sonra onun evinə anam Leylanı və xalam Sevinci elçi göndərdim. Könülün valideyinləri onun yaşının az olmasını əsas gətirdilər, mənə verməkdən imtina etdilər. Könülü məndən uzaqlaşdırmaq üçün Bakı şəhərinə qohumunun evinə göndərdilər. Könül Bakı şəhərindən gəldikdən sonra mənimlə danışdı. Yenidən elçi göndərmək istədiyimi dedim. Könül valideyinlərinin onu mənə verməyəcəyini bildirdi və onu qaçırmağımı təklif etdi".

"Avtomobildə cinsi əlaqədə olduq"

Rüfətin sözlərinə görə, bu ilin fevralın 20-də, saat 21 radələrində evdə olan vaxtı Könül anası Natəvanın nömrəsi ilə ona zəng edib: "Könül hazır olduğunu və gəlib onu götürməyimi bildirdi. Özümə məxsus "VAZ-21010" markalı avtomobillə Könülün yaşadığı küçəyə getdim. Küçəyə çatanda artıq Könül məni çöldə gözləyirdi. Avtomobili saxladım, Könül avtomobilin arxa oturacağına əyləşdi. Avtomobili Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan xalam qızı Elmiranın evinə sürdüm. Hamin vaxtı qar yağmışdı və 3-4 saata ora çatdıq. Elmiranın evinə girdikdə Şəmkir rayon polis şöbəsindən axtarıldığımızı dedilər. Buna görə də Könülü götürərək oradan Gədəbəy rayonu istiqamətində avtomobili idarə etdim. Asfalt yoldan çıxdıq və kənd yoluna girdik. Təxminən 15-20 dəqiqə torpaq yol ilə getdikdən sonra avtomobil sürüşərək yoldan çıxdı. Avtomobili yola çıxara bilmədim. Sonra avtomobildə arxa oturacağa oturan Könülə cinsi əlaqədə olmağı təklif etdim. Könül razılaşdı".

"Biz birlikdə polis şöbəsinə getdik"

Rüfət qeyd edib ki, avtomobil düz dayanmadığı üçün motora yanacaq getməyib: "Bu səbəbdən də avtomobili işə sala bilmədim. Bu səbəbdən avtomobildə gecələdik. Səhər saatlarında biz yuxudan oyandıq və mobil telefonu açdım. Qohumlarımla əlaqə saxladım, vəziyyət barədə öyrəndim. Könülün atası Turalın məndən polisə şikayət etdiyini öyrəndim. Onlara avtomobilin yoldan çıxdığını və yolda qaldığımızı dedim. Tanışım Samir və qohumum Elvin bizim olduğumuz yerə gəldilər. Avtomobili çıxarmaq istədilər, lakin qara görə alınmadı. Könül ilə birlikdə Elvinin avtomobilinə əyləşdik. Şəmkir rayon mərkəzi bazarının yanında avtomobildən düşdük. Xalam Sevinc oraya gəldi. Biz birlikdə polis şöbəsinə getdik".

"Məqsədim olub ki, anam mənim ailə qurduğumu görsün"

Təqsirləndirilən şəxs deyib ki, Könülün 2007-ci il təvəllüdlü olduğunu bilməyib. Onun sözlərinə görə, Könül ilə telefonla danışan zaman o, 9-cu sinifə oxuduğunu və 15 yaşının içində olduğunu deyib. O, Könülü qaçıran zaman ona zor tətbiq etməyib: "Anamda ağır xərçəng xəstəliyi var. Atam itkin düşüb. Ailənin yeganə işləyəni və dolandıranıyam. Könül ilə ailə qurmaq məqsədim olub ki, anam mənim ailə qurduğumu görsün. Könül ilə biri-birimizi sevirik və gələcəkdə ailə qurub, evlənəcəyik".

"Qoşulub getməyi təklif etdim"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Könülün bildirdiyinə görə, Şəmkir rayonu, Aşağı Seyfəli kəndi Natiq Abbasov adına Orta Məktəbin 8-ci sinfində təhsil alır: "Rüfət qonşumuz Nurayın dayısı oğludur. Təxminən bir il əvvəl Nuray mənə yaxınlaşaraq dayısı oğlu Rüfətin məndən xoşu gəldiyini və mənimlə ailə qurmaq istədiyini dedi. Rüfət mənimlə telefonla danışa bilmək üçün mobil telefon vermək istədiyini bildirdi. Mən bu barədə anama dedim. Anam mənə etiraz edərək yaşımın az olduğunu söylədi. Buna baxmayaraq Nuraydan telefonu götürdüm və Rüfət ilə danışmağa başladım. Biz təxminən bir il Rüfətlə danışdıq. Sonra anam bunu bildi, telefonu məndən alaraq qırdı. Bir müddət anamın telefonu ilə axşamlar Rüfətlə danışdım. İki dəfə Nurayın yaşadığı evdə Rüfətlə görüşdüm. Bir dəfə də Rüfət hədiyyə alaraq pəncərəmizin qarşısına qoydu. Rüfətin anası və xalası bizə elçi gəldi. Atam yaşımın az olmasını dedi, Rüfətlə evlənməyimə etiraz etdi. Rüfətə atamın məni onu verməyəcəyini bildirdim, qoşulub getməyi təklif etdim. Rüfət də mənimlə razılaşdı".

Zərərçəkmiş daha sonra ifadəsində Rüfətə qoşularaq qaçmasından, gecəyarısı avtomobildə öz razılığı ilə cinsi əlaqədə olmasından danışıb. Qeyd edib ki, Rüfəti sevir, onunla evlənmək istəyir.

Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılıb.

Rüfətin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olamaqla 1 il 6 ay 16 gün şərti cəza verilib.

Rüfətin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də