Xəbər verdiyimiz kimi, müğənni Ece Ronayın klipində iştirak edən Mehmet Ali Erbil ona əxlaqsız təklif edib və mesajlar göndərib.
RegionTV.info xəbər verir ki, bundan sonra Ece Ronayın sevgilisi Mehmet Ali Erbil ilə video paylaşıb.
Bu addıma sərt reaksiya verən müğənni nişanlısı Mehmet Bilirdən ayrıldığını deyib.
O bildirib ki, sevgilisi onu Mehmet Ali Erbilə satıb və onu heç vaxt bağışlamayacaq.
Müğənni həmçinin Erbili məhkəməyə verib və onun həbsini tələb edir.
Xatırladaq ki, müğənni Ece Ronaya "bu gecə yanında yatmaq istəyirəm", "sinəni tiktok"da açıb göstərmək daha mı hörmətli işdir" sözlərini yazan Mehmet Ali Erbil sosial media hesabında verdiyi açıqlamada "Özümə düşən payım varsa üzr istəyirəm" sözlərini yazıb.
"İnstagram" hesabında ardıcıl paylaşımlar edən Ronay Mehmet Ali Erbilin göndərdiyi səs yazılarını və mesajlarını paylaşıb.
Məlumata görə, Mehmet Ali Erbil tərəfindən təcavüzə uğradığını deyən Ece Ronay "İnstaqram"da "Klipdən sonra əxlaqsız insanlar hər gün səviyyəyə yüksələrək böyüyür. Mən bunu görməməyə çalışdım, çalışdım yaşına və vəzifəsinə hörmət edərək susum. Bu yazı karyerama və peşəmə zərər vura bilər. O, illərdir bu bazarda olan bir adamdır. Amma özümü aldadılmış və dəyərsiz hiss etdiyim üçün susmayacağam. Mən düşdüm, bu xəbərdarlıq mesajıdır ki, başqa heç kim bu tələyə düşməsin. Məşhur olsan da, fenomen olsan da, təcavüzdən qaça bilməzsən. Ayıb olsun".