Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əkin bəyanlarının qəbulu davam edir

30 dekabr tarixinə qədər payızlıq əkinlər bəyan olunmalıdır.
RegionTV.info bildirir ki, 30 dekabr tarixinə qədər payızlıq əkinlər bəyan olunmalıdır. vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək.

Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının 2022-ci ilin ilk aylarında ödənilməsinə imkan yaradacaq. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq olunacaq.

Qeyd edək ki, bu bəyanlar 2022-ci il üzrə əkin subsidiyasının alınması üçündür. Bəyanların qəbulu dekabrın 30-da başa çatacaq. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də