Türkiyədə 74 yaşlı kişinin həyat hekayəsi sosial mediada gündəm olub.
RegionTV.info xəbər verir ki, kağız toplamaqla dolanan 74 yaşlı əməliyyat olunduğunu, barmağının kəsilməsinə baxmayaraq ağrı içində çalışmalı olduğunu söyləyib.
Kağız toplayaraq dolanışıq əldə etməyə çalışan qoca çıxışı zamanı özünü saxlaya bilməyərək ağlayıb və bu da tamaşaçıları kədərləndirib: "Heç kim bizi işə götürmür. Ona görə də bu işi görmək məcburiyyətindəyəm. Qutular yığıram. Dəmir, qalay, belə şeylər yığıram və çörəyimi tapıram. Bu işi elə etməliyəm ki, heç kimə ehtiyacım olmasın".
Xəbəri paylaş