Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xoşqədəm bu kanalda efirə çıxacaq

Bir müddət əvvəl Xəzər TV ilə yollarını ayıran Xoşqədəm Hidayətqızının yeni çalışacağı kanal bəlli olub.
RegionTV.info xəbər verir ki, Xoşqədəm Hidayətqızı artıq ARB TV ilə razılaşma əldə edib. Aparıcının sözügedən kanal rəhbərliyi ilə görüşü ötən gün baş tutub. 
O, öz kollektivi ilə birgə noyabrdan etibarən tamaşaçı qarşısına çıxacaq.
Məlumatı ARB-dən təsdiq ediblər.

Qeyd edək ki, X.Hidayətqızı "Səni axtarıram" verilişi ilə öncə ATV-də efirə çıxsa da, sonradan qalmaqallı şəkildə kanaldan ayrılıb. Fəaliyyətini bir müddət keçmiş ANS TV-də davam etdirən aparıcı son olaraq Xəzər TV-nin efirində görünüb. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də