Bu gün Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq. RegionTV.info bildirir ki, "Azərsu" ASC-dən verilən məlumata görə, məhdudiyyətlər magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.