Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda 50 manat verməyən şagirdlər dərsə buraxılmadı, araşdırma başladı

Paytaxtdakı Texniki-Humanitar Liseyində şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb. 
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 
Valideynlərdən əldə etdiyimiz məlumata görə, direktor Kəmalə Mirzoyeva hər ay 50 manat gətirməyəcək şagirdin məktəbə buraxılmayacağı barədə xəbərdarlıq edib. 
Pulun hansı məqsədlə yığıldığı bilinmir. 
RegionTV.info bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən cavab olaraq bildirilib ki, Texniki-Humanitar Liseydə sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılır:
"Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
"Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır", - deyə idarədən qeyd edilib. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də