İstanbul şəhərinin Ümraniye rayonunda yük maşınının kuzası açılaraq körpüyə çırpılıb.
RegionTV.info xəbər verir ki, zərbə nəticəsində maşının kuzası magistral yolun hərəkət istiqamətinə düşüb.
Nəhəng kuzanı yoldan yalnız qaldırıcı kran vasitəsi ilə kənarlaşdırmaq mümkün olub.
Bütün bu zaman kəsiyində yol bağlanıb, nəqliyyat vasitələrinin uzun tıxacı yaranıb.
Hadisə nəticəsində yük maşının sürücüsü xəsarət almayıb.
Xəbəri paylaş