
Şübhələr onda Cəvahirin "WhatsApp" statusunda etdiyi paylaşımdan sonra yaranıb.
İ.Əkbərov arvadını qətlə yetirdikdən sonra təqsirləndirilən uşaqlarını da götürərək Bakıdan Şəkiyə gedib. Uşaqları valideynə təhvil verəndən sonra isə polisə təslim olub. 2019-cu ildə baş verən bu hadisənin istintaqı bu il başa çatıb.
İstintaq hərəkətləri zamanı İ.Əkbərov xeyir-şər evində qabyuyan işləyən həyat yoldaşını ona xəyanət etdiyi üçün qətlə yetirdiyini bildirib.
Təqsirləndirilən şəxsin dediyinə görə, həyat yoldaşından hadisədən təxminən 4 ay əvvəl mobil telefon nömrəsininin "Whatsapp" proqramında paylaşdığı statusdan sonra şübhələnməyə başlayıb. Statusda "Uzaqdan-uzağa sevməkdə biz birinci yerdəyik" yazısı olub. C.Əkbərova ərinə bu yazını statusa elə-belə qoyduğunu deyib. İ.Əkbərov arvadının ona günü 20 manata qabyuyan işlədiyi xeyir-şər evinin Seymur adlı inzibatçısı ilə xəyanət etməsini güman edib. Bu səbəbdən də C.Əkbərova iş yerinə baş çəkmək qərarına gəlib.
Həmin gün başlayan dava gecə saat 4-də qətllə bitib. İ.Əkbərov yatılı vəziyyətdə olan C.Əkbərovaya qantellə zərbələr endirib.
