Nadejda Barsukova bir vaxtlar Rusiyadan Qazaxıstana köçən ailəni ziyarət etməsəydi, bəxtsiz Diananın doğma anası Anna İvanovanın çirkin əməlləri üzə çıxmayacaqdı...
RegionTV.info xəbər verir ki, 7 yaşlı qızcığaz məhkəmədə danışdıqca hakim göz yaşlarını saxlaya bilməyib...
Məlum olub ki, narkotik aludəçisi, yüngül həyat tərzi keçirən Anna tez-tez evinə kişilər dəvət edib eyş-işrət qururmuş. Hər dəfə də Diananı gizlin yerə salıb qağızını bağlayır, "qonaqlar" gedənədək çıxmasına icazə vermirmiş. Qız narazılıq edəndə isə anası onu döyürmüş. Hətta kəsici alətlərdən istifadə edərək qızına dəhşətli anlar yaşadırmış. Bəzən elə olurmuş ki, azyaşlı qızını pul qarşılığında evinə gətirdiyi kişilərə təklif edirmiş.
Bir gün - 2011-ci ilin iyul ayında şiddətə dözməyən Diana huşunu itirir. Onu dərhal xəstəxanaya çatdırırlar. Uşağın təkcə kürək nahiyəsində 60 yara vardı. Ona şiddətli qapalı kəllə-beyin travması, sol qolunun aşağı üçdə bir hissəsinin qapalı sınığı və s. diaqnozu qoyulur. Bu dəfə Diana balta ilə döyülmüşdü.
Bu hadisədən sonra ailə Qazaxıstandan Rusiyaya deportasiya edilir. Diana anası ilə birlikdə yaşamağa məhkum idi. Hələ qabaqda daha dəhşətli günlər var idi...
Diana ifadəsində həmin günləri belə xatırlayıb:
"Soyuq döşəmədə yatırdım və kənar adamlar evə gələndə anam məni şkafa və ya hamama salıb qapını kilidləyirdi. Bəzən isə məni qəpik-qruşa, bir qarın yeməyə görə yoldan keçən yad kişilərə "satırdı", dözülməz idi...".
Dəhşətli hekayə, uşağı qəyyumluğa götürən Barsukova sayəsində ictimaiyyətə açıqlandı.
Cinayət işinin materiallarına görə, qızın valideyni onu 6 il döyərək işgəncə verib.
Nadejda Barsukova 2017-ci ildə İvanovlar ailəsini ziyarətə gəlməsəydi, qızın həyatının necə sona çatacağı sual altında olacaqdı. O, məktəbə belə getməyən azyaşlını öz himayəsinə götürərək qəyyumluğunu rəsmiləşdirdi. Bundan sonra hüquq-mühafizə orqanlarına bu barədə yazılı müraciət etdi.
Məhkəmə Anna İvanovanı 6 il həbs cəzasına məhkum edib.
Diananın indi 17 yaşı var. Qız Nadejda Barsukova ilə yaşayır və ara-sıra anasına zəng vuraraq əhvalını soruşur...
Xəbəri paylaş