
"Scarface" ("Çapıq sifət") ləqəbi ilə tanınan Al Kapone 1928-ci ildə bu iqamətgah üçün 40 min dollar ödəmişdi.
Əvvəlki sahiblərinə Todd Maykl Qleyzer və onun iş təfədaşı Nelson Qonzalesə malikanə 10,7 milyon dollara başa gəlmişdi. Onlar evi söküb müasir bir bina tikmək istəyirdilər, ancaq bu planı həyata keçirə bilməmişdilər.
Qleyzer evi satmaq təklifini gözlənilməz və çox gəlirli adlandırıb.