Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda məşhur həkim vəfat etdi

RegionTV.info
Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının dostenti Svetlana Əliyeva vəfat edib. Oxu24.com xəbər verir ki, S.Əliyeva ötən gün 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Svetlana Əliyeva 1956-1962-ci illərdə N.Nərimanov adına ATİ-nun müalicə-profilaktika fakultəsində təhsil alıb. 1962-1966-cı illərdə S.M.Kirov adına ADU-nun "İnsan və heyvanların fiziologiyası” kafedrasında aspirant kimi əmək fəaliyyətinə başlayıb. 1966-1970-ci illərdə ATU-nun dermatovenerologiya kafedrasında baş laborant kimi işləyib. 1995-ci ildən ömrünün sonuna kimi həmin kafedrada dosent kimi çalışıb. 2000-ci ildə "fəxri həkim” adına layiq görülüb. S.Əliyeva 2009-cu ildə 70 illik yubileyi ilə əlaqədar ATU-nun rektoru tərəfindən "Fəxri fərman”la təltif olunub. 40-a yaxın elmi işin müəllifidir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də