Kirovda (Rusiya) 16 yaşlı qızın hərəkəti hər kəsi şoka salıb. Belə ki, tualetdə uşaq dünyaya gətirən yenitetmə onu boğaraq öldürüb.
RegionTV.info xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə kp.ru-ya bildirib ki, bir neçə gün sonra ağır qanaxma səbəbiylə qız özü də ölüb. Onun sözlərinə görə, yeniyetmə qız antenatal klinikada qeydiyyatda olmayıb və heç vaxt klinikaya getməyib.
Mənbənin dediyinə görə, üç gün ərzində rus qadın ağrıdan əziyyət çəkib və anası həkimlərə müraciət etməyib. Qızı həyat əlamətləri göstərməyi dayandıranda qadın təcili yardım çağırıb. Həkimlər də artıq qızın öldüyünü bildiriblər.
Xəbəri paylaş