Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Azəriqaz" rəsmiləri Şəmkirə gedir - SƏBƏB

“Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası bu dəfə Şəmkir rayonunda təşkil olunacaq.
Birlikdən RegionTV.info-ya verilən məlumata görə, "Azəriqaz"ın Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin rəhbər şəxsləri rayonun Əliyaqublu kəndində baş tutacaq aksiyada tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərini maraqlandıran sualları cavablandıracaqlar.
Əliyaqublu kəndində (Bələdiyyə binasının qarşısında) “Səyyar qəbul otağı” oktyabrın 8-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. Qeyd edilir ki, istənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də