RegionTV.info bildirir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.İbrahimova 8 il azadlıqdan məhrum edilib.
Gəncə şəhər S.İbrahimova Cinayət Məcəlləsinin 144-1.1-ci (İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə) maddəsi ilə ittiham irəli sürülüb.
İnsan alveri maddəsi ilə 2017-ci ildə beynəlxalq axtarışda olan S.İbrahimova Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib. Onun Azərbaycandan qadınları iş adı ilə Türkiyə və digər ölkərə apardığı, orada onları istismar edən insan alverinin qurbanına çevirdiyi bildirilir.
Xəbəri paylaş