Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hüseyniyyə məscidi COVİD-19 virusuna görə bağlanıb - DİN

Bakıda fəaliyyət göstərən Hüseyniyyə məscidi bağlanıb.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov RegionTV.info  açıqlamasında bildirib ki, təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:
"Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də