Rusiyada faciəvi ölümlə nəticələnən hadisəsi baş verib.
RegionTV.info xəbər verir ki, qəza Yekaterinburq şəhərində qeydə alınıb.
Regional yol polisinin məlumatına görə, tramvay 12 yaşlı qız uşağını yarıya bölüb.
Dəhşətli faciə ölkənin sosial şəbəkələrində böyük rezonans doğurub.
Şahidlərin ifadəsinə görə, qız tramvay maşınları arasında gəzməyə qərar verib. Bir anda uşaq yıxılaraq hərəkətdə olan qatrlardan birinin təkərləri altına düşüb. O, hadisə yerində dünyasını dəyişib.
Hazırda hüquq-mühafizə orqanları faciənin başvermə səbəblərini araşdırır.
Xəbəri paylaş