RegionTV.info
"Günay Bank” mənimsəmədə ittiham edilən 7 saylı filialın müdir müavini Rauf Hüseynov barədə açıqlama yayıb.
Bankdan verilən məlumata görə, mətbuatda qanunsuz əməlləri ilə hüqUq-mühafizə orqanlarının ittiham etdiyi Rauf Hüseynov bir müddətdir ki, tutduğu vəzifədən azad olunub və onun "Günay Bank” ASC-də işlədiyi müddətdə hər hansı qeyri-qanuni əməli öz təsdiqini tapmayıb.
Qurumun Mətbuat Xidmətindən bildirilib ki, ümumiyyətlə, Rauf Hüseynovla bağlı KİV-lərdə yayılan məlumatların "Günay Bank"la heç bir əlaqəsi yoxdur.
Baş Prokurluğun yaydığı rəsmi açıqlamaya görə, Rauf Hüseynov 2018-2021-ci illər ərzində yaxın qohum və tanışlarının adına 585 şirkət təsis etməklə həmin şirkətlərin müvafiq dövlət orqanlarında qeydiyyata alınmasına nail olub. O, işlədiyi müəssisənin yaxınlığında icarəyə ofis götürüb qanunsuz olaraq ayrı-ayrı şəxsləri işə cəlb etməklə müxtəlif fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 53 milyon 933 min manat məbləğində pul vəsaitini özünün faktiki idarə etdiyi şirkətlərin bank hesablarına köçürülərək rəsmi möhür və elektron imzalardan istifadə edib nağdlaşdırmasına və bununla da, qanunsuz olaraq xüsusilə külli miqdar təşkil edən 780 min 691 manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr yaranıb. İş üzrə toplanan sübutlar əsasında Rauf Hüseynov Cinayət Məcəlləsinin 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş