Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bank hesablarının ələ keçirilməsilə bağlı şikayətlərin sayı açıqlandı

Bakı sakini xarici ölkələrdən birinə məxsus telefon nömrəsindən gələn zəngə cavab verməklə külli miqdarda ziyana düşüb.
RegionTV.info bildirir ki, Azərbaycan dilində danışan həmin şəxs Nərimanov rayon sakininə ''bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa..." deməklə onun bank kartının məlumatlarını istəyib.
Qeyd edək ki, həmin şəxsin bank kartından  4-5 min manat civarında pul kibercinayətkarlıq yolu ilə ələ keçirilib.
Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyir ki, aparılan təhlil və araşdırmalara görə, həmin cinayətkarlar yaşlıdan tutmuş, cavanına qədər insanları bu şəkildə aldatmağa çalışırlar. Elşad Hacıyev bu ilin 9 ayı ərzində belə faktla üzləşən zərərçəkmişlərin statistikasını da açıqlayıb.
Şöbə rəisi vətəndaşlara tövsiyə edir ki, kimliyindən asılı olmayaraq bank kartı səsli və ya yazılı şəkildə heç kimə göndərilməsin. Bank məlumatları məxfi saxlanılmalıdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də