Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türk dünyası alimləri Bakıya toplaşır: Beynəlxalq simpozium keçiriləcək

RegionTV.info
Oktyabrın 7-10 tarixlərində Azərbaycan Texniki Universitetində Türk Ocağı Dərnəyi və TİKA-nın birgə hazırladığı "Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası" adlı beynəlxalq simpozium keçiriləcək.
Tədbirə Türk Ocağı başqanı, professor Mehmet Öz, UNESCO Türkiyə Milli təşkilatının başqanı Öcal Oğuz, TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz, Azərbaycanın dövlət təmsilçiləri, millət vəkilləri qatılacaqlar.
Bu barədə Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı məlumat verib. Sədr bildirib ki, UNESCO-nun Türkiyə Milli Komitəsinin də qatıldığı 3 günlük simpoziumda Türkiyənin Qazi Univesriteti, Qırğızıstanın Manas və Türk-Kazak Ahmet Yasəvi Universitetindən 31 alim iştirak edəcək. A.Aşırlı vurğulayıb ki, simpoziumun açılış tədbiri oktyabrın 8-də saat 11-də Azərbaycan Texniki Universitetinin akt zalında olacaq: "Simpoziumun təşkilatçıları arasında Azərbaycan Texniki, Pedaqoji universitetləri və Azərbaycan İlahiyyat İnstitutu da var: "Elmi tədbirdə Azərbaycanın müxtəlif elm-təhsil müəssisələrində çalışan 18 alimin məruzəsi dinləniləcək. Ümumilikdə konfransda 48 elmi məruzə müzakirəyə çıxarılacaq, Türk dünyasının birliyi əsas müzakirə mövzusu olacaq".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də