
RegionTV.info xəbər verir ki, İran Nəqliyyat İnfrastruktur İnkişaf Təşkilatının İcraçı Direktoru Ermənistana gedəcək.
Məlumata görə, bu şəxs mövcud beynəlxalq magistral Gorus-Qapan hissəsinə nəzarəti ələ alan Azərbaycandan yan keçməklə Sünik bölgəsindəki Tatev yolu ilə İrandan Ermənistana gedən alternativ marşrutu ziyarət etmək üçün Ermənistanda danışıqlar aparacaq.
O da qeyd edilir ki, Ermənistanda həmçinin, İranın Tatev yolunun tikintisində iştirak məsələsinin müzakirə ediləcəyi planlaşdırılır.