Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

O da "Space TV"dən getdi

"Space TV"də yeni mövsümlə bağlı bir çox dəyişikliklər edilib. Yeni aparıcılarla yanaşı uzun müddətdir kanalda çalışan simaların bəziləri də yollarını ayırıblar.
RegionTV.info xəbər verir ki, telekanalın yeni mövsüm tanıtım çarxında aparıcı Elçin Əlibəyli yer almayıb. Onun aparıcılıq etdiyi "El bizim, sirr bizim" proqramı yayımını dayandırıb.
Digər kanaldan gedən aparıcı isə Turan İbrahimov olub. O, axşam.az-a açıqlamasında xəbəri təsdiqləyib. Turan bildirib ki, heç bir kanalda çalışmayacaq:
"Öz istəyimlə işbirliyinə son qoydum. Amma tam nöqtə qoymamışam. Hələ ki, tam başqa sahədə çalışıram. Başqa gözləntilərim var. Piar sahəsində çalışmaq istəyirəm. Ola bilsin ki, televiziyadan ümumiyyətlə uzaqlaşdım".

Ötən mövsüm kanalda səhər verilişi aparan Afət Abdullayeva və Anar Cəfərov da kanalla yollarını ayırıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də