Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.
RegionTV.info xəbər verir ki, Bakının Memar Əcəmi metrosunun yaxınlığında yerləşən çay evlərində çalışan azyaşlı qızların əks olunduğu görüntülər yayımlanıb. Görüntüləri yayan bloger Jam Quliyevin sözlərinə görə, bu obyektlərdə işləyən qızların çoxu azyaşlıdır və burada əxlaqsızlıq təbliğ edilir.O, daha sonra yayımladığı digər bir görüntüdə Daxili İşlər Nazirliyinin həmin ərazidə əməliyyat keçirdiyini və ümumilikdə 31 nəfərin saxlanıldığını bildirib.