
RegionTV.info-nun məlumatına görə, Türkiyənin şimalında yerləşən Bartın şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtobusun idarəetməni itirərək aşması nəticəsində şəhərin bələdiyyə sədrinin köməkçisi də Ahmet Komeç daxil olmaqla 2 nəfər ölüb. Daha 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxanada müalicə alan yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, bələdiyyə sədri Cemal Akın da qəza vaxtı avtobusda olub. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.