Ermənistan Milli Təhlükəsizlik Xidməti Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın həbs edildiyini təsdiqləyib.RegionTV.info xəbər verir ki, o, səlahiyyətlərindən sui-istifadə və xüsusi böyük həcmdə mənimsəmədə ittiham edilib.
Qeyd edək ki, dünən "Hraparak" qəzeti Qalstyanın həbs edildiyi haqqında məlumat yaymışdı.


