Prezident İlham Əliyev Misir Mərdanovu təltif etdi
Tarix: 2-10-2021, 19:30Xəbərə baxış: 138
Prezident İlham Əliyev M.C.Mərdanovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. RegionTV.info bildirir ki, Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Misir Cumail oğlu Mərdanov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.