Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Uşağın burnu axırsa, buna sevinməliyik - Pediatr

Uşaqlı analar dərmanın adını deyil, tərkibini əzbərləməlidirlər. Məsələn, dərmanın adı "Stopnos" ola bilər. Amma tərkibində selikli qişanı qurudan oksimetazolin və ksilometazolin maddəsi ola bilər. Bu tərkibdə olan "Nazivin", "Snup", "Otrivin", "Naftizin" kimi burun damcılarının üzərinə "baby" sözü yazılsa belə, 3 gündən artıq istifadə edilməməlidir.
RegionTV.info bildirir ki, bu sözləri  həkim Aytən İsmayılzadə uşaqlar üçün qrip əleyhinə istifadə olunan burun damcılarının zərərlərindən danışarkən deyib.
"Oksimetazolin, ksilometazolin damarları daraldır. Seliyin az yaranmasına kömək edir. Lakin damar daralarsa, selikli qişada qan dövranı pozular və aclıq yaranar. Bu da selikli qişanın məhvinə gətirər. Selikli qişa burunun bəbəyidir. Selikli qişası atrofiyalaşmış burun süni göz kimidir. Sadəcə hava keçən bir tuneldir. Selikli qişanın həmişə nəm olması vacibdir. Yəni uşağın burnu axırsa, biz buna sevinməliyik. Vay o günə ki, selikli qişa atrofiyalaşa, quru burunda atrofik rinit yarana. Valideynlər həkim nəzarəti olmadan uşağa burun damcısı alarkən tərkibinə mütləq baxsınlar", - A.İsmayılzadə bildirib.
Pediatr qeyd edib ki, burunundan çirk axan uşaqlar üçün çaytikanı yağı istifadə etmək faydalıdır:

"Çaytikanı yağı allergiyası olmayan körpələr üçün 2 yaşa kimi qulaq çöpü ilə, 2 yaşdan sonra isə buruna pipetlə damcılatmaqla istifadə oluna bilər. Çaytikanı yağı öz təsirinə görə bakteriyalara qarşı öldürücüdür, yara sağaldıcıdır. Ümumiyyətlə, el arasında həmişə uşaq burunu tutulanda yağ istifadə edilib. Çaytikanı yağını tez-tez burun qanaması olduqda da təyin edirik. Məsələn, uşaqda ardıcıl burun qanamaları olubsa, 1 ay muddətində bu yağdan istifadə edilə bilər. Hətta allergik rinit olan uşaqlar üçün hər axşam istifadəsi faydalıdır. Selikli qişaya düşən allergenlər yağa yapışır və selikli qişa allergik iltihab törədə bilmir. Ən azından uşaq səhər duranda asıqrmaq və burun tutulması şikayəti etmir".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də