Türkiyənin "Show" telekanalında yayımlanan "Benzemez kimse bize" proqramı yayımdan qaldırılıb.
RegionTV.info xəbər verir ki, proqramda aparıcılıq edən Mustafa Kəsər verilişin bağlanmasında digər aparıcı, müğənni Bülənt Ersoyu günahlandırıb:
"Proqrama başlamadan əvvəl bəzi problemlərin ola biləcəyini bilirdik, ancaq özündən həm yaşca, həm də sənət baxımından böyük birinin yanında daha hörmətli davranacağını düşündüyüm üçün verilişdə olmağı qəbul etdim. Təəssüf ki, yanılmışam. Hamınızdan buna görə üzr istəyirəm. Yuxarıda qeyd etdiyim problemlərin hamısı Bülənt Erosyun yersiz kaprizlərindən qaynaqlanır. Yaxın zamanda mətbuat konfransı təşkil edərək daha geniş məlumat verəcəyəm".
Xəbəri paylaş