RegionTV.info
Millimizin və Polşanın "Legiya” klubunun futbolçusu Mahir Emrelinin "Lester”lə oyundan sonra müsahibə verərkən geyindiyi köynək gündəm olub.
Bunu nəzərə alan "Leqiya” klubu həmin köynəkləri rəsmi mağazalarında satışa çıxarıb.
Geyimin qiyməti 89,99 Polşa zlotu (38 manat) təşkil edir. Ancaq indi sifariş etmək istəyənlərə bu köynək 80,99 zlota (34 manat) başa gələcək.
Qeyd edək ki, bu köynəyin üzərində oyunun hesabının yazılması maraqla qarşılanıb. Qısa vaxt ərzində hesabın əks olunduğu geyimin hazırlanması müzakirələrə səbəb olub.
Xəbəri paylaş