Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Diqqət! Azərbaycanda yeni bir cinayət üsulu peyda olub

"Çox diqqətli olmaq lazımdır. Azərbaycanda yeni bir cinayət üsulu peyda olub. Filmlərdəki kimi iş gedir. İnsanlar özləri də bilmədən narkotik vasitələrin kuryerliyini edirlər”.
RegionTV.info xəbər verir ki, bu barədə İT məsələləri üzrə ekspert Fərid Pərdəşünas açıqlama verib.

O, qeyd edib ki, bu məsələ ötən gün Daxili İşlər Nazirliyinin sözçüsü ilə söhbətində də təsdiqini tapıb. "Bu üsul bizlərə yaxşı tanış olan Black Mirror serialının "shut up and dance" bölmündəki hadisədir. Yəqin ki, son aylarda çoxlu patı satan onlayn səhifələr instagramda qarşınıza çıxmışdı. Hamımız bir ağızdan DIN-i tənqid edirdik ki, niyə satanlara sifariş verib, satanların yerin rahatlıqla tapmırlar? Amma məsələ bu qədər bəsit deyilmiş.

Bu səhifələri işlədənlər sən demə Azərbaycanda deyillər. Kimlikləri məlum deyil. Və onlar rahatlıqla ölkəmizdə narko dövriyyə həyata keçirirlər. Bəs yaxşı bu necə ola bilər axı? Məsələ həqiqətən dəhşətlidir. Bu narko tacirlər müxtəlif sosial profillər vasitəsilə daimi sosial mediada insan ovundadırlar. Məsələn, hansısa madii ehtiyacı olan insanları tapırlar və başlayırlar onlara emosional bağ qurmağa. Tanış olmağa. Daha sonra həmin şəxslərə maddi ehtiyacların ödəmək üçün daimi pul göndərib, yaxşılıq edirlər. Məsələn, bir nəfər peyda olur, sizə hər ay 100 AZN, 500 AZN yardım edir ki, mən iş adamıyam, sizə yaxşılıq edirəm. Belə-belə insanlarla yaxınlıq qurulur. Bəzi oğlan adlarından gənc qızlarla virtual sevgili olurlar, onlara iPhone və s qiymətli hədiyyələr alırlar. Və bu yaxşılıq onların etimadını qazanana qədər davam edir. Və hər şey də elə bundan sonra başlayır”.

Texno-bloqqerin sözlərinə görə, narkotacir münasibətin gedişində sizdən xahiş edir ki, bəs bu adressdə paket var, mən Azərbaycanda deyiləm, mümkünsə bunu get bu rayondan götür, taksi də demişəm və apar bunu qoy Bakıda bu ünvana. 

"Siz isə bu virtual adamın xəcalətindən çıxmaq üçün dediyini edirsiniz və paketi götürüb lazım olan yerə çatdırırsınız. Siz paketi çatdırandan sora bu zaman başqa belə bir qurban narkotacirin istəyi ilə həmin paket olan yerə gəlir. Ondan da istənilən sadəcə həmin yerdə şəkil çəkdirmək olur. Beləcə bu insanlardan biri özü də bilmədən narkotik vasitəni lazım olan yerə çatdırır. İkincisi isə kordinatı sifarişçiyə vermək üçün gəlib orada şəkil çəkdirir. Və sonda narkotik vasitəni onlayn satan adam sifarişçiyə məhsulu yerli kuryerlərdən istifadə edərək çatdırır. Polis isə sadəcə həmin narko kuryerə gedib çata bilir və sonra məlum olur ki, bu adam heç içində nə daşıdığını bilmirmiş”.

Fərid Pərdəşünas bildirib ki, artıq Azərbaycanda zərəçəkən – "iPhone” smartfonu alıb bu işə bilmədən qoşulan da var.

"Digər tərəfdən intim videoları çəkilən şəxslər də şantaj olunub, bu işə cəlb edilə bilir. Yəni siz evinizdə oturmuşdunuz, birdən zəng gəlir, intim görüntülər, hərəkətlər. Birdən videonuz çəkilir və şantaj! Nəhayətində siz artıq narko kuryer olursunuz. Çox dəhşətli faktlar var. DİN bu istiqamətdə çox ciddi işlər görür. Vəziyyətə nəzarət edirlər. Daxildə də bunları edənlər artıq saxlanınıb. Diqqətli olmaq lazımdır. Tanımadığınız adamlardan ödəniş, hədiyyə qəbul etmək, virtual ünsiyyətdə olmaq çox təhlükəlidir.  Yaxınlarınızı bu barədə xəbərdar edin. Xüsusən maddi ehtiyacı olan həssas qrupları”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də