Zərdab rayonunun Çallı kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Firuzə Vahidli vəfat edib.
RegionTV.info xəbər verir ki, bu barədə Çallı kənd tam orta məktəbindən məlumat verilib.
"Çalışqanlığı ilə öz yaşıdlarından fərqlənən, ağlı, tərbiyəsi ilə daim seçilən Firuzə kimi bir şagirdi itirmək və onun haqqında belə bir məlumatı paylaşmaq bizim üçün olduqca çətindir. Firuzə üçün artıq əlimizdən üzülməkdən başqa bir şey gəlmir. Əziz şagirdimiz Firuzənin valideynlərinə, ailəsinə baş sağlığı verib, Allahdan rəhmət diləyirik!
Məkanın cənnət olsun, əziz şagirdimiz!"
Xəbəri paylaş