
RegionTV.info bildirir ki, "Dunkin Ducks" adı ilə açdığı "TikTok" hesabının 2.7 milyon, "İnstagram" hesabının isə 245 min izləyicisi olduğunu bildirən Ellis "TikTok" və "İnstagram"dan ördək sayəsində ayda 4 min 500 dollar qazandığını açıqlayıb.
Munchkin adlı ördəyi ilə 16 yaşında videolar çəkdiyini dilə gətirən Ellis deyib: "Yadımdadır, hətta məktəbdəki məşhur qızların belə 5 min izləyicisi yox idi həmin vaxtlar, bir çox insan liseydə ördəyimin olduğuna görə mənu lağa qoyurdu, amma indi həmin ördək internetdə məşhur olduğu üçün insanlar mənimlə dost olmaq istəyirlər".