Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı və Praqa ticarət və qarşılıqlı investisiyaları fəallaşdırlmalıdır - Çex nazir

Azərbaycan və Çex Respublikası ticarət və qarşılıqlı investisiyaları fəallaşdırlmalıdır.
RegionTV.info bildirir ki, bunu Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek azərbaycanlı həmkarı Ceyhun Bayramovla cümə axşamı keçirilən birgə mətbuat konfransı zamanı deyib.
O bildirib ki, Çex Respublikası 2015-ci il tarixli birgə bəyannaməyə əsaslanan strateji tərəfdaşlığı yüksək qiymətləndirir:
"Biz qarşılıqlı səmərəli əməkdaşlığı dərinləşdirmək istəyirik. Azərbaycan Çex Respublikası üçün təkcə enerji ehtiyatları tədarükçüsü deyil. Hesab edirəm ki, pandemiya müddətindən çıxdıqca biz ikitərəfli münasibətləri əhəmiyyətli dərəcədə genişləndirə bilərik. Biz ticarəti və investisiyaları fəallaşdırmaq üçün əlaqəli işləməliyik. Bu sahədə istifadə olunmamış potensial mövcuddur".
Nazir əlavə edib ki, onunla birlikdə Bakıya 17 çex şirkətininin nümayəndələri gəlib:
"Bu şirkətlər öz innovativ həlləri ilə məşhurdur. Turizm, bankçılıq, sənaye və istehsal sferalarında fəaliyyət göstərən şirkətlər var. Su təchizatı və tullantıların utilizasiyası, bərpa olunan enerji, kənd təsərrüfatı və infrastruktur sahələrində ikitərəfli əməkdaşlıq üçün böyük potensial var. Ölkələrimiz enerji sahəsində əməkdaşlığı uğurla inkişaf etdirir. Bu gün bu sahədə əməkdaşlıq barədə saziş imzalayacağıq".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də