Dünyanın ən məşhur əsərlərindən birinin saxta olduğu ortaya çıxıb - FOTO
Süni intellekt dünyanın ən məşhur əsərlərindən birini 91,78 faiz ehtimalla saxta hesab edib. Söhbət Piter Paul Rubens tərəfindən çəkilən "Samson və Dalila" əsərindən gedir. Onun orijinalının Londonun Milli Qalereyasında olduğu düşünülür.RegionTV.info xəbər verir ki, İsveçrənin "Art Recognition" layihəsinin iştirakçıları əsəri neyroşəbəkənin köməyi ilə təhlil ediblər. Rəsmi Rubensin 148 digər əsəri ilə bir neçə dəfə müqayisə edən süni intellekt hər dəfə bunun başqa bir rəssam tərəfindən çəkildiyi qənaətinə gəlib.