Ağstafa rayonunda bədbəxt hadisə baş verib. RegionTV.info xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Hərəkətdə olan qatar kənd sakini, 1957-ci il təvəllüdlü Camal Məmişovu vurub. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Araşdırma aparılır.