
RegionTV.info xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarının və sərhədçilərin keçirdiyi əməliyyat nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.
Həmin şəxslərdən Xəzərdən ovladıqları “Qırmızı kitab”a düşən 2,5 ton qaçaqmalçılıq yolu ilə əldə edilən nərə balığı ələ keçirilib. Qaçaqmalın dəyəri 120 milyon rubl (2,8 milyon AZN) olub.
Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsi ilə cinayət işi başlanılıb.