Yasamal rayonunun ''Şamaxinka'' adlanan ərazisində yolun kənarlarına dəmir məhəccərlər vurulur. Məqsəd piyadaların yolun hərəkət hissəsindən keçməsinin qarşısını almaqdır.
Sözügedən ərazidə piyadaların yolu təhlükəsiz keçməsi üçün yerüstü piyada keçidi inşa edilib. Ancaq bir çox piyada keçiddən yox, birbaşa yolun hərəkət hissəsindən keçirlər.
RegionTV.info bildirir ki, paytaxtın Yasamal rayonu, Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində bir il əvvəl yerüstü piyada keçidi inşa edilərək istifadəyə verilib.
Məqsəd piyadaların yolun hərəkət hissəsindən keçməsinin qarşısını almaq idi. Ancaq bəzi piyadalar nədənsə həmin keçiddən istifadəyə üstünlük vermirlər.
Vəziyyətdən çıxış yolu kimi əraziyə dəmir məhəccərlər yerləşdirilir.
Qeyd edək ki, Nizami rayonu, Qara Qarayev prospektində də yolun kənarına səkiboyu dəmir məhəccərlər quraşdırılacaq.
Xəbəri paylaş