“2020-ci ildə 1253 nəfər vaxtından əvvəl şərti azadlığa buraxılıb”.
Bunu Ədliyyə Nazirliyində ictimai iştirakçılıq və şəffaflıq mövzusunda keçirilən canlı yayımda İctimai Komitənin koordinatoru, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı deyib.
S. Bənənyarlı bildirib ki, iyulun sonuna olan məlumatlara görə, onların 983 nəfəri ancaq pandemiya dövründə azadlığa çıxan məhkumlardır: “Bundan əvvəl də cənab Prezidentin sərəncamı ilə yaşı 65-dən yuxarı 176 məhkum azadlığa çıxıb. Cənab Prezidentin verdiyi sərəncamla alternativ cəzalardan istifadə olunmağa başlayıb, bu da cəmiyyətimizdə xəta törədən insanlarda inam yaradıb ki, onlar öz həyatlarını yenidən qura bilsinlər”.
WhatsAppFacebookFacebook MessengerTwitterShare